NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? 

saytların hazırlanması

Evə çatdırılma

NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? 

Sosial

29 Mart 2024 11:11 3783


Azərbaycanda istehsal ili 8 ildən çox olan “Toyota Prius”ların kütləvi satışına başlanılıb.

Oxu.Az xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub.

Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilməyəcək. Dominos pizza

Bu da ölkəmizdə taksi fəaliyyəti ilə kütləvi məşğul olan “Prius” markalı avtomobillərin qiymətinin enməsinə və satılmasına səbəb olub.

Belə ki, əvvəllər qiyməti 12 000 - 15 000 manat arası dəyişən “Prius” markalı avtomobillər alıcılara 10 000 - 10 500 manat arası təklif olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!