Notarius məhkəmə zalında qandallandı

saytların hazırlanması

Evə çatdırılma

Notarius məhkəmə zalında qandallandı

Kriminal

31 İyul 2026 23:17 92


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə 4 saylı notariat ofisinin xüsusi notariusu Səbuhi Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. İclasda notarius barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs olunub.

''Yeni Sabah'' Musavat.com-a istinadən xəbər verir ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəməyədək azadlıqda qalmasına əsas verən əvvəlki qətimkan tədbirini dəyişərək onun barəsində həbs qətimkan tədbiri seçib.

Qərar əsaslandırılarkən bildirilib ki, Səbuhi Əliyev külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunur və istintaqın müəyyən etdiyi ziyanın bu günədək ödənilməməsi qətimkan tədbirinin sərtləşdirilməsi üçün əsas hesab edilib. Bundan sonra təqsirləndirilən şəxs məhkəmə zalında qandallanaraq istintaq təcridxanasına göndərilib. pizza

Xatırladaq ki, Səbuhi Əliyev barəsində cinayət işi Ədliyyə Nazirliyində aparılmış daxili araşdırmanın nəticələri əsasında başlanılıb. Nazirliyin prokurorluğa təqdim etdiyi materiallar üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq zamanı onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vəsaiti mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq mərhələsində onun barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdi.

İttiham məhkəmədə təsdiqini tapacağı halda, Səbuhi Əliyevi 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Onun 44 yaşı var və açıq mənbələrdə yer alan bioqrafik məlumatlara görə, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb, hüquqşünas alim kimi fəaliyyət göstərib.

Növbəti məhkəmə prosesi avqustun 6-na təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!