Növbəti sertifikasiya imtahanlarının tarixi: Bu müəllimlər iştirak edəcək 

saytların hazırlanması

Evə çatdırılma

Növbəti sertifikasiya imtahanlarının tarixi: Bu müəllimlər iştirak edəcək 

Sosial

13 İyun 2024 11:15 359


Ölkənin təhsil ictmaiyyətinin müzakirə etdiyi müəllimlərin sertifikatlaşdırma prosesinin növbəti test imtahanı mərhələsi 21, 22, 24 iyunda keçiriləcək. 

Modern.az xəbər verir ki, bu barədə Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası qərar qəbul edib. 

Qərara əsasən, həmin tarixlərdə bu il ilk dəfə prosesə cəlb olunacaq müəllimlər test imtahanı verəcəklər. Bura riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri daxildir.  pizza

Bu il 30000-dən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək. 

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin avqustda keçirlməsi gözlənilir. 

Xatırladaq ki, iyun ayının 8-də ötənilki sertifikasiyadan kəsilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanda 7296 müəllim iştirak edib. 

Təkrar sertifikasiya imtahanında 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi test imtahanı mərhələsinin müvafiq keçid balını toplaya bilməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!