"Ora Amerikanın ərazisi sayılır. Sən Amerika ərazisində onun icazəsi olmadan heç nə edə bilməzsən".
Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.
Onun sözlərinə görə, N.Cəfəroğlu Pravda.az-a açıqlamasında deyib ki, rəsmi tədbirlərdə heç bir aksiyaya yeri olmamalıdır: pizza
“Bilirsiniz ki, səfirliyə daxil olanda səfirlik hamını necə yoxlayır. Çünki orada İrandan gələn adamlar ola bilər, elə adamlar ola bilər ki, təxribat törətsinlər, onların çıxışlarından hansısa məqsədlə istifadə etsinlər. Yəni səfirlik qapalı ərazidir. Ora Amerikanın ərazisi sayılır. Sən Amerika ərazisində onun icazəsi olmadan heç nə edə bilməzsən. Bu, qanundur, hər yerdə yazılan qanun!
O qızların ABŞ səfirliyində fləşmob təşkil etmələri, jurnalistin çəkiliş etməsi... Heç orada şəkil çəkməyə belə icazə vermirlər. Bu, ABŞ-ın qanunudur - mənim ərazimdə məndən icazəsiz heç nə edə bilməzsiniz. Ona görə də ABŞ səfirliyinin aksiyaçılara qarşı davranışı tam demokratikdir. Düz edib hamısını tutublar, düz edib polisə təhvil veriblər. Hesab edirəm, Amerikanın addımı doğru idi. İcazə istəyərdin, sonra aksiya keçirərdin”.
Telegram kanalımız