“Novruz bayramı ərəfəsində qısamüddətli sərt karantin tətbiq edilə bilər” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Novruz bayramı ərəfəsində qısamüddətli sərt karantin tətbiq edilə bilər” - Deputat

Sosial

03 Mart 2021 22:31 1559


Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər.

Yenisabah.az xəbər verir ki, bunu millət vəkili Cavid Osmanov deyib.

Son günlər ölkədə koronavirusa yoluxma sayında artım müşahidə edilir. Hətta bir neçə gündür ki, yoluxanların sayı sağalanları ötür. Dördpendirli pizza

Millət vəkili Cavid Osmanov deyib ki, yoluxma sayındakı artım davam edərsə, insanların sıx təmas ehtimalları da nəzərə alınaraq Novruz bayramı ərəfəsində qısamüddətli sərt karantin tətbiq edilə bilər.

Cavid Osmanov xatırladıb ki, COVID-19-a yoluxmanın artması səbəbindən bəzi ölkələrdə karantin rejimi yenidən sərtləşdrilib. Ölkəmizdə də yoluxma sayı artmaqda davam edərsə, uzunmüddətli sərt karantin rejimi qaçılmaz olacaq.

Millət vəkili vətəndaşları vaksinasiyada aktiv olmağa çağırıb. O qeyd edib ki, yalnız vaksin yoluxmanın qarşısını almağa kömək edə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!