Novruz bayramınadək Cəbrayıla avtobus turu açılacaq 

saytların hazırlanması

Evə çatdırılma

Novruz bayramınadək Cəbrayıla avtobus turu açılacaq 

Sosial

13 Yanvar 2023 13:23 795


Bu ildən Cəbrayıl camaatına doğma torpaqlara getməyə icazə veriləcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevin Cəbrayıl rayon ictimaiyyəti ilə görüşündə bildirilib.

Görüşdə qeyd edilib ki, Cəbrayıl sakinlərinə dogma torpaqlardakı qəbiristanlıqlara gedib əzizlərinin məzarlarını ziyarət etməyə şərait yaradılacaq. Dominos pizza

Hazırda bu məsələ ilə əlaqədar müvafiq işin getdiyi vurğulanıb. O da qeyd olunub ki, Novruz bayramına qədər Cəbrayıla avtobus turları açılacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!