Noyabr ayının müavinət, təqaüd və ünvanlı yardımları ödənildi

saytların hazırlanması

Evə çatdırılma

Noyabr ayının müavinət, təqaüd və ünvanlı yardımları ödənildi

Sosial

25 Noyabr 2022 19:26 810


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün ödənilib.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bundan əvvəl, noyabrın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, noyabrın 15-də isə ölkəmizin digər bölgələri üzrə pensiyalar, o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Dominos pizza

Beləliklə, bütün sosial təminat növləri üzrə noyabr ayının ödənişləri bu gün yekunlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!