Noyabrın 9-da sülh müqaviləsi imzalana bilər - Erməni nəşri

saytların hazırlanması

Evə çatdırılma

Noyabrın 9-da sülh müqaviləsi imzalana bilər - Erməni nəşri

Rəsmi

11 Oktyabr 2022 11:10 1567


Kollektiv Qərb Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilin sonuna qədər sülh sazişi imzalamasını tələb edir.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Erməni nəşri mövzunu inkişaf etdirərək qeyd edir:

“Mənbəmizin sözlərinə görə, bu məsələ oktyabrın 6-da Praqada bağlı qapılar arxasında müzakirə olunub. İ.Əliyev sazişin imzalanmasını noyabrın 9-da təklif etdiyi barədə məlumat var.

2 il əvvəl, eyni gündə təslim olma haqqında bəyanat imzalandı. İndi o, (Prezident İlham Əliyev - red.) qələbəsini təkrarlamaq istəyir.

Paşinyan buna etiraz edərək bildirib ki, bu günün erməni xalqı üçün pis rəmzi mənası var. İnsanlar güman edə bilər ki, sülh müqaviləsi bizim üçün hamını razı salmağa çalışdığı yeni qapılar açmayacaq, əksinə, ikinci kapitulyasiyaya çevriləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!