Rusiyanın bu telekanallarının Avropada yayımı dayandırılır

Rusiyanın bu telekanallarının Avropada yayımı dayandırılır

Dünya

08 Dekabr 2022 21:58 451


Avropa İttifaqı (Aİ) ölkələri yeni anti-Rusiya sanksiyaları çərçivəsində bir sıra televiziya kanallarının lisenziyalarını dayandırmaq niyyətindədir.

Xüsusilə, söhbət “NTV Mir”, REN TV, “Rossiya 1” və “Birinci Kanal” gedir.  Məlumata görə, sanksiyaya məruz qalan yeni təşkilatların siyahısını əks etdirən ayrıca sənəddə məhz bu telekanalların adları da var.

Həmçinin bildirilir ki, “qara siyahı”ya Rusiyanın aviasiya və kosmik sektorları üçün məhsullar, o cümlədən təyyarə mühərrikləri, ehtiyat hissələri, noutbuklar, kameralar və linzalar daxil ola bilər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!