Nura aparıcını təhqir edib efirdən getdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Nura aparıcını təhqir edib efirdən getdi - Video

Şou

01 Noyabr 2023 10:46 847


Nura Suri qonaq olduğu “Günə son” verilişinin canlı yayımını tərk edib. 

Yenisabah.az xəbər verir ki, ARB telekanalında qonaq olan müğənni efirdə təhsil haqda gedən müzakirəni bəyənmədiyini qeyd edərək studiyadan gedib: 

“Bu danışdığınız mövzuların hamısını hər kəs bilir. Mən verilişlərə ona görə getmirəm. Mən bilsəydim ki, burada 8 nəfər adam olacaq və ağız deyəni qulaq eşitməyəcək, heç kim öz fikrini deməyəcək, hamının bildiyi mövzu ətrafında söhbət olacaq gəlməzdim. İnsanlara danışmağa da imkan vermirsiniz”.  Dominos pizza

Aparıcı Ulvira Qarayeva “Sənə oxumağa imkan verə bilərik” desə də, ifaçı oxumaq istəmədiyini bildirib:

“Yox, oxumaq istəmirəm, mən getmək istəyirəm. Çünki özümü burada narahat hiss edirəm. Daşındığımız söhbətin heç bir mənası yoxdur, sadəcə gəlib boş-boş oturmuşuq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!