Nura Suri: “Yerli məhsulu bazara buraxmırlar!”

saytların hazırlanması

Evə çatdırılma

Nura Suri: “Yerli məhsulu bazara buraxmırlar!”

Şou

28 İyul 2026 15:22 133


Nura Suri sosial şəbəkə hesabında meyvə-tərəvəz bazarı ilə bağlı paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, o, bəzi satıcıların məhsulları ucuz qiymətə satmaq əvəzinə zibilliyə atmasının səbəbini bazarda haqsız rəqabətlə əlaqələndirib:

N.Suri iddia edib ki, satıcılara məhsulları ucuz qiymətə satmağa imkan verilmir, bazarlarda yer əldə etmək isə hər kəs üçün mümkün olmur. O, yerli və dərmansız məhsulların bazar və marketlərə çıxarılmadığını, əvəzində İrandan və Türkiyədən gətirilən məhsulların satışına şərait yaradıldığını irəli sürərək bunu "əsl monopoliyadır" kimi qiymətləndirib. Dördpendirli pizza

Müğənni paylaşımında Azərbaycanın özündə yetişdirilən məhsulların əvəzinə xaricdən məhsul alınmasının səbəbini anlamadığını da qeyd edib. O, bu mövzuda çoxlu suallarının və bəzi cavablarının olduğunu, lakin fikirlərini açıq yazacağı təqdirdə özünə düşmən qazanacağından ehtiyat etdiyini bildirib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!