Nuradan Xalq artistinə dəstək: Lap ağını çıxartmısınız!

saytların hazırlanması

Evə çatdırılma

Nuradan Xalq artistinə dəstək: Lap ağını çıxartmısınız!

Şou

02 Yanvar 2024 10:32 4951


"Cəmiyyətimizdə son vaxtlar yaşlı sənətkarlara qarşı aqressiya müşahidə edirəm. Xüsusi ilə də Zeynəb Xanlarovaya qarşı qara piar qəbulolunmazdır".

Yenisabah.az xəbər verir ki, bunu müğənni Nura Suri deyib.

O, sosial şəbəkə hesabında yazıb: "Dünyanın heç bir yerində sənətkar qocaldığına görə bulinqlə üzləşmir: Yaşa dolan insanlara hörmətlə yanaşın. Siz də qocalaqsınız. Qocalmaq ayıb deyil. Lap ağını çıxarmısınız. Pepperoni pizza

Yekə kişilər yaşa dolan xanım müğənnilərin, aktrisaların şəklini paylaşıb ağıllarına, ağızlarına gələni yazırlar. Mənəviyyatsız insanlarla bir cəmiyyətdə yaşamaq çox üzücüdür. Evdə yaşlanan valideyinlərinizi də sevmirsiniz yəqin. Kim sizə haqq verib ki, insanları görünüşünə, geyiminə, yaşına görə təhqir edəsiniz? Sadəcə mənəviyyatsızlığınızı və dərrakəsizliyinizi nümayiş etdirirsiniz!" 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!