Nuray adlarında anlaşılmazlıq: biri vəfat edib, digəri müalicə alır...

saytların hazırlanması

Evə çatdırılma

Nuray adlarında anlaşılmazlıq: biri vəfat edib, digəri müalicə alır...

Sosial

01 Fevral 2024 08:05 763


Sosial şəbəkələrdə mərhum məktəblidən bəhs olunduğu iddia edilən videogörüntülər yayılıb. 

Amma sonradan məlum olub ki, görüntülərdəki Nuray mərhum şagirdlə eyni ad və soyadda olan başqa şəxsdir. 

Liseydən bildirilib ki, foto və videoları paylaşılan şagirdin vəfat edən Nurayla eyni ad soyadı daşıması çaşqınlığa səbəb olub.  pizza

Videogörüntülərdəki Nurayın səhhətində problemlərin olduğu və hazırda müalicələrinin davam etdirildiyi bildirilir. 

Vəfat edən şagirdə Allahdan rəhmət, xəstəlikdən əziyyət çəkən və müalicəsi davam edən Nuraya isə şəfa diləyirik.

Qeyd edək ki, bu gün dünyasını dəyişən Əmirli Nuray Üzeyir qızı Cəlilabad rayonunun Hacıcavad kəndində dəfn olunub.

Leykozdan əziyyət çəkən Əmirli Nuray Zəka qızının isə hazırda müalicələri davam etdirilir və səhhətində irəliləyişlər müşahidə olunur. Bir müddət əvvəl onun əməliyyat olunması üçün lazım olan vəsaitin toplanması ilə bağlı kampaniyaya başladılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!