Nurlana uzun fasilədən sonra İTV-də - Foto

saytların hazırlanması

Evə çatdırılma

Nurlana uzun fasilədən sonra İTV-də - Foto

Sosial

06 Dekabr 2023 01:58 1333


Aparıcı Nurlana Cəfərova uzun fasilədən sonra "İctimai TV"də işə başlayıb. 

Yenisabah.az xəbər verir ki, o, artıq bu gün "Dikdaban" proqramında aparıcı kimi tamaşaçı qarşısına çıxıb. Bununla bağlı Nurlana sosial şəbəkədə də paylaşım edib:

"3 illik fasilədən sonra yenidən efirə qayıdıram. Bütün bu zaman ərzində məndən öz sevginizi, xoş sözlərinizi, diqqətinizi əsirgəmədiyiniz üçün çox sağ olun". pizza

Qeyd edək ki, proqramda Nurlana ilə yanaşı Aysel Zahidqızı və İlahə Şıxlinskaya da aparıcılıq edir.

Nurlana Cəfərova ATV kanalında, daha sonra isə AzTV-də çalışıb. O, ailə qurduqdan sonra İzmirə köçərək efirdən uzaqlaşmışdı.

/Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!