“O adam peşman olacaq!” - Roza qızı haqda şayiədən danışdı

saytların hazırlanması

Evə çatdırılma

“O adam peşman olacaq!” - Roza qızı haqda şayiədən danışdı

Şou

08 Sentyabr 2021 13:50 3055


“Qızım Bənövşə haqqında söz-söhbət gəzəndə ona heç bir sual da vermədim. Çünki o məsələ gündəmə çıxmazdan öncə bir neçə tanınmışın övladı haqqında da deyilmişdi”.

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli MTV telekanalında yayımlanan "Üzə-düz" verilişində qonaq olarkən deyib.

O, qızı haqda gəzən şayiələrə aydınlıq gətirib: pizza sifarişi

"Məsələ gündəmə çıxmazdan öncə bir neçə tanınmışın övladı haqqında da deyilmişdi. Dedim, axı gülməlidir, qız evlidir. Sonradan şayiələrdə adım hallananda övladım buna gülür, mən isə stress keçirirdim. Lazımi orqanlara müraciət elədik, onun dərinliyinə kimi vardıq. Dedim, idarəyə gəlmək istəyirəm, aydınlaşdıraq. Dedilər, Roza xanım, sizlik burda bir şey yoxdur, sizi niyə dəvət edək? Məsləhət gördülər ki, baiskarları öz cameənizdən axtarın ki, kimlər onlarla bir arada olub. Məsələnin nəticəsi tezliklə aydın olacaq. O işin arxasında dayanan şou-biznes nümayəndələri hər biri peşman olacaq. Çünki mən bu işi belə qoymayacağam!"

Qeyd edək ki, ötən il 36 yaşlı iş adamının Roza Zərgərlinin qızı Bənövşə ilə sevgi münasibətlərinin olduğu, daha sonra isə həmin adamın özünü güllələyərk öldürməsi haqqında xəbərlər yayılmışdı.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!