“O başçıdan soruşmaq lazımdır ki, niyə xanımına yox, özgə qadına villa bağışlayıb?”

saytların hazırlanması

Evə çatdırılma

“O başçıdan soruşmaq lazımdır ki, niyə xanımına yox, özgə qadına villa bağışlayıb?”

Sosial

14 İyul 2022 13:15 3670


“Məhəmməd peyğəmbər (ə) kasıb adam idi. Varlı qadınla evləndi. Onun var-dövlətini başqa ölkələrə ticari yöndən xərcləyirdi. Onun heç nəyi yox idi. Amma bu gün elələri var ki, papağı, pulu, paltarları var, küçədə isə buna salam verən yoxdur. Ona görə də vəzifəyə ehtiyacları olur”. 

Bu sözləri Yenisabah.az-a haqqında bir qadına milyonluq villa bağışlaması iddiaları yayılan icra başçısı Siraqəddin Cabbarovla bağlı fikirlərini bölüşərkən Tibb eləmləri namizədi, Əməkdar müəllim Rəşid Mahmudov deyib.

O bildirib ki, niyə həyat yoldaşına yox, yad bir qadına milyonluq villa bağışladığını həmin icra başçısından lazımdır. R.Mahmudovun sözlərinə görə, vəzifəli şəxslər ictimai əhəmiyyət kəsb edən suallara cavab verməlidirlər.  Marqarita pizza

Xatırladaq ki, bir neçə gün öncə, mərhum qazi Elvin Cəfərov Sabirabad rayon İcra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun onun şikayətlərinə baxmadığına görə özünü yandırdığını demişdi. Bundan sonra mətbuatda “Bir xanıma villa hədiyyə edən Siraqəddin Cabbarov Qarabağ qazisinin ailəsini qəbul etmək istəmir. Qazilər yazır ki, bu adam niyə bizə nifrət edir?” məzmunlu fikirlər yer almışdı.

İmamət İSMAYILOVA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!