Məşhur türk yutuber Ruhi Çenet hantavirus aşkarlanan və Yaşıl Burun Adaları yaxınlığında lövbər salan kruiz gəmisində olduğunu bildirib.
“Yeni Sabah” xəbər verir ki, bu haqda Ruhi Çenet özü açıqlama yayıb:
“Təxminən 1 ay davam edən tədqiqat gəmi səfərimiz zamanı aramızdan 1 nəfər həyatını itirəndə bunun okean şəraiti ilə bağlı olduğunu düşünmüşdüm. Amma vəziyyət düşündüyümüzdən qat-qat pis imiş. Mən səfərin 24-cü günü gəmidən düşdüm, amma gəmi son dayanacağa qədər daha 11 gün yoluna davam etdi. Mən düşəndən cəmi 1 gün sonra ölən şəxsin həyat yoldaşı da vəfat etdi. Daha sonra üçüncü ölüm baş verdi və məlum oldu ki, gəmidə müalicəsi olmayan və gəmiricilərdən keçən hantavirus yayılıb”. Dominos pizza
Çenet ilk ölən sərnişinin hantavirus səbəbindən həyatını itirdiyinin müəyyənləşdiyini bildirib:
“Hazırda gəminin yeganə həkimi həyat uğrunda mübarizə aparır”.
O qeyd edib ki, gəminin son dayanacağı olan Yaşıl Burun Adaları ada dövləti virus səbəbindən gəmini qəbul etməyib. Çenet səhhətinin yaxşı olduğunu və lazımi testlərdən keçdiyini də açıqlayıb.
Yutuber həmçinin vurğulayıb ki, gəmi rəhbərliyi ilk ölüm hadisəsi zamanı bunun yoluxucu xəstəlik ola biləcəyini ciddi qəbul etməyib.
Bu arada, Kanar Adaları hökuməti İspaniya mərkəzi hakimiyyətinin hantavirus aşkarlanan Hollandiya bayraqlı “MV Hondius” gəmisinin adaya yanaşmasına icazə verməsinə etiraz edib.
Kanar Adalarının hökumət başçısı Fernando Clavijo bildirib: “Bu qərar heç bir texniki meyara əsaslanmır və ictimaiyyəti sakitləşdirəcək, təhlükəsizliyi təmin edəcək kifayət qədər məlumat yoxdur”.
Müxalifətdə olan Xalq Partiyasının üzvü olan Klavixo İspaniyanın Baş naziri Pedro Sançez ilə təcili görüş tələb etdiyini bildirib.

Mayın 3-dən etibarən Yaşıl Burun Adaları yaxınlığında karantində saxlanılan gəminin 3 gün sonra Gran Kanariya və ya Tenerife limanına yanaşacağı gözlənilir.
Gəmidə ümumilikdə 23 ölkədən 88 sərnişin və 59 heyət üzvü olub. İndiyədək 7 nəfərdə virus aşkarlanıb, 3 nəfər isə həyatını itirib.
İlk yoluxma halı olan hollandiyalı kişi sərnişin aprelin 11-də gəmidə ölüb və onun meyiti aprelin 24-dək gəmidə saxlanılıb. Daha sonra həyat yoldaşı ilə birlikdə Sent Helena adasında gəmidən endirilib.
Təxliyə zamanı yüngül simptomlar göstərən qadın Cənubi Afrikaya uçuş zamanı halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib və aprelin 26-da vəfat edib.
Gəmidə olan Almaniya vətəndaşı isə mayın 2-də həyatını itirib.

Telegram kanalımız