“Dünən Universitetin rektoru Elçin Babayevin əmri ilə bir paraxod deputat və yüksək vəzifəli məmurlar işdən azad edilib. Bu gün qəzetlər və saytlar yazır ki, "BDU-da dərs deyən deputat və məmurlar işdən çıxarıldı". Əslində isə başlıq belə olmalıdır: "BDU-da dərs deməyən deputat və məmurlar işdən çıxarıldı". Onların dərs dediyin kim görüb?”.
“Yeni Sabah” xəbər verir ki, bunu professor Cəmil Həsənli deyib. Bu haqda sosial şəbəkədə paylaşım edən C. Həsənli bildirib ki, əmrdə adı keçən deputat və məmurların çoxu uzun illərdir Universitetin qapısını tanımırlar, tələbə auditoriyalarında onların mübarək sifətlərini görən olmayıb:
“Böyük bir hissəsi alimlikdən də müəllimlikdən də çoxdan uzaqlaşıb. Baş Nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin keçmiş birinci müavini Ziyafət Əsgərov və digərləri 20-25 ildir Universitetdə "işləyirlər", yəni əslində işləmirlər, lakin oradan əmək haqqı alırlar. pizza hut
Əmrdə adı keçən deputat və məmurların kiçik istisnalarla hamısı YAP-ın rəhbərliyində, müxtəlif qurumlarında təmsil olunan şəxslərdir. Əgər diqqət yetirdinizsə əmrdə adı keçən "alim və müəllimlərin" çoxu Beynəlxalq Münasibətlər fakültəsinə aiddir. Onların çoxu BDU-nu özlərinin ehtiyat eniş zolağına çevirib. Özlərinə "qaragünlük" kafedralar saxlayırlar. Bu adamlar uzun illərdir işləməyə-işləməyə əmək haqqı alırlar”.
Telegram kanalımız