“O qadın bizə müraciət etsin, gör onların başına nə oyun gətiririk...” - Novella Cəfəroğlu

saytların hazırlanması

Evə çatdırılma

“O qadın bizə müraciət etsin, gör onların başına nə oyun gətiririk...” - Novella Cəfəroğlu

Sosial

24 Aprel 2021 17:06 1040


“Əslində bu videonu ictimailəşdirmək lazım deyildi. Əgər bu var idisə, onu Dövlət Təhlükəsizlik Xidmətinə, Yeni Azərbaycan Partiyasına təqdim etmək lazım idi”

Yenisabah.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. N.Cəfəroğlu əslində bu videonu yayan şəxsin cəzalandırılmasının vacibliyini vurğulayıb:  

“İndi hamı hüquq müdafiəçisi çıxıb. Əslində bu videonu ictimailəşdirmək lazım deyildi. Əgər bu var idisə, onu Dövlət Təhlükəsizlik Xidmətinə, Yeni Azərbaycan Partiyasına təqdim etmək lazım idi.  Deyilməliydi ki, bu əxlaqsız qoca görün nə işlə məşğuldu. Bunu ictimailəşdirib o yazıq qadını bu vəziyyətə salmaq lazım deyildi. O, qadın günahkar deyil axı. Bu videonu sosial şəbəkədə paylaşan şəxsi cəzalandırmaq lazımdır”.  Dördpendirli pizza

N.Cəfəroğlu deyib ki, qadın onlara müraciət etsə, hüquqlarını müdafiə edərlər:

“Qadının işdən çıxmasını eşitməmişəm. Əgər qadın öz hüquqlarını müdafiə edə bilmirsə, Qadın Hüquqları Cəmiyyəti neyləyəcək? Gəlsin bizə müraciət etsin gör onların başına nə oyun gətiririk. Sözsüz ki, biz onu müdafiə edəcəyik, amma bizə müraciət etsə, daha yaxşı olar. Bu hadisədə iki ailəyə zərbə dəydi. Bunların hamısı əxlaqsızlıqdı”.

Qeyd edək ki, sabiq millət vəkili Gülər Əhmədova H.Mirələmovla videosu yayılan qadının işdən çıxdığını bildirərək qadın hüquq müdafiəçilərinə səslənib./Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!