“O qadın gəlsin görək, nə istəyir“ - İcra hakimiyyətindən 75 yaşlı şəhid anasına

saytların hazırlanması

Evə çatdırılma

“O qadın gəlsin görək, nə istəyir“ - İcra hakimiyyətindən 75 yaşlı şəhid anasına

Sosial

17 Dekabr 2019 13:46 1524


Blogger Tural Yusifli Qazax rayon Quşçu Ayrım kəndində lentə aldığı və evinin təmirə ehtiyacı olduğunu deyən şəhid anası, 75 yaşlı Əsmər Cəfərovanın videosunu sosial şəbəkədə paylaşıb.

“Yeni Sabah” xəbər verir ki, Qazax rayon İcra Hakimiyyəti  başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova sözügedən video ilə bağlı Unikal.org-a açıqlama verib. 

Başçının müavini  qeyd edib ki, şəhid  anasına kömək etməyimiz üçün o, mütləq icra hakimiyyətinə gəlməlidir: Dominos pizza

"Belə konkret məsələ ilə bağlı heç nə deyə bilmərəm. İcra hakimiyyətinin  şəhid ailələri ilə bağlı problemi yoxdur. O qadın gəlsin görək, nə istəyir. Ondan sonra məsələyə baxaq".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!