"O qədər ayağımın sınan vaxtı tamaşa oynamışam ki. Həmkarlarımdan başqa heç kim hiss etməyib. Problemlərimizin tamaşaçıya aidiyyatı yoxdur".
Yenisabah.az Moderator-a istinadla xəbər verir ki, bunu Xalq artisti Fatma Mahmudova deyib.
O əlavə edib: "12-13 yaşım var idi, məktəbli idim. O vaxt qız övladını teatra, səhnəyə buraxmırdılar. Mən döyülə-döyülə, əlimə-ayağıma dağ basıla-basıla səhnəyə çıxmışam. Səhnə üçün ölürdüm, səhnəsiz yaşaya bilmirdim". pizza hut
Xalq artisti həyat yoldaşı, tanınmış aktyor Tofiq Qarayevdən də danışıb.
"Mənim nə qədər gücüm var idisə, onun arxasınca qaçdım. O, möhtəşəm, əvəzedilməz bir aktyor idi. Əslində, onun sənətinin arxasınca qaçırdım. İstəyirdim onu tamaşaçılara sözün əsl mənasında yaxşı, düzgün təqdim edim. Həyatımda hər zaman "bəlkə" dedim. O "bəlkələr"dən bir saray tikdim. Tofiqin gedişi ilə o sarayım da uçub-dağıldı. Ailəm idi, balalarımın atası idi".
Telegram kanalımız