"O ses Türkiyə" yarışmasına 8 il əvvəl qatılan yarışmaçı Burak Şenyüz yenidən bəxtini sınamaq qərarına gəlib.
"Yeni Sabah" xəbər verir ki, 123 kiloqram arıqlayan gəncin keçmiş və indiki halı münsiflər heyəti heyrətləndirib. Eyni zamanda tamaşaçılar da şoka düşüb. Burak arıqlamaq üçün hər hansı əməliyyat etdirmədiyini, sadəcə un, şəkər və duzu həyatından çıxararaq, 5 ildə 123 kiloqram arıqladığını deyib.
O, səhnədə "Sözlerimi geri alamam" mahnısını səsləndirib və münsiflərdən Beyazıt Öztürklə Murat Bozu özünə tərəf döndürə bilib. pizza sifarişi
Burak sonda Murat Bozu seçib onun komandasında yarışmaq istədiyini deyib.
Telegram kanalımız