“O şəxslər el içində rüsvay edilməlidir” - Hüquq müdafiəçisi

saytların hazırlanması

Evə çatdırılma

“O şəxslər el içində rüsvay edilməlidir” - Hüquq müdafiəçisi

Sosial

11 Oktyabr 2022 14:24 1081


“Qadının özündə də cəsarət və inam olmalıdır".

Bunu Yenisabah.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin son statistikasını şərh edib. pizza hut

Xatırladaq ki, bu ilin 9 ayı ərzində 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 207 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti psixoloji və fiziki zorakılıqla bağlıdır. Onların 185-i qadın, 22-si isə qadındır.

Öz növbəsində, hüquq müdafiəçisi hesab edir ki, qadınların zorakılığa məruz qalmasının səbəbi, ilk növbədə, cəmiyyətdə axtarılmalıdır:

“Cəmiyyəti bu məsələ ilə bağlı hazırlaşdırmalıyıq. Vətəndaşlar bu cür halların necə nəticələnəciyindən xəbərdar olmalıdır. İstənilən növ zorakılığın qarşısını almaq üçün, ilk növbədə, tərəflər arasında ağıllı danışıq olmalıdır. Bu nəticə vermədiyi təqdirdə polisə müraciət edilməli, zorakılıq göstərən şəxslər el içində rüsvay edilməlidir”.

N. Cəfəroğlunun sözlərinə görə, zorakılıq halları ailə çərçivəsi daxilində həll olunacaq məsələ deyil:

“Qadının özündə də cəsarət və inam olmalıdır. Əgər bir evin içində dəfələrlə qadınlar basqı altına alınarsa, qadın həmin evi tərk etməli və müəyyən halla bağlı polisə müraciət etməlidir. Bu cür zorakılıq hallarının qarşısını başqa cür almaq mümkün deyil”.

Novella Cəfəroğlu hər kəsi qadın zorakılığına son verməyə çağırıb.

O, qadına mərhəmət, nəvaziş göstərməyi alqışlayıb, zərif cinsin nümayəndələrinə qarşı istər fiziki, istərsə də psixoloji şiddəti kəskin qınayıb. Onun sözlərinə görə, cəmiyyət qadınlara daim dəstək olmalıdır.

Həcər ƏMİRASLANLI


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!