“Bu gün ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün təsisatların, o cümlədən azad mətbuatın inkişafı istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılır”.
Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnаlist Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Onun fikrincə əminliklə demək olar ki, Azərbaycanda media üçün yaradılmış bu cür əlverişli şəraitə bəlkə də heç dünyanın inkişaf etmiş ölkələrində belə rast gəlmək mümkün deyil: Marqarita pizza
“Azərbaycanda internet azaddır, ölkə əhalisinin 85 faizindən çoxu internet istifadəçisidir. İnternetin azad olduğu ölkədə mətbuat azadlığının boğulmasından danışmaq qeyri-mümkündür. Bəzi beynəlxalq hüquq müdafiə təşkilatları hesabatlarında Azərbaycanı “qeyri-azad ölkə” kimi təqdim edəndə Azərbaycan dövləti onlara cavab olaraq bildirir ki, ölkəmizdə internet və sosial şəbəkələr üzərində hər hansı inzibati nəzarət yoxdur və bu, medianın müstəqilliyinin daha bir göstəricisidir.
Təbii ki, sərhəd, məkan, zaman tanımayan bugünkü qlobal informasiya mühiti şəraitində ölkə mətbuatı da öz növbəsində fəaliyyətini yeni aktual çağırışlara uyğun qurmalıdır”.
Vüqar Rəhimzadə medianın uşaqlara münasibətində “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə birmənalı şəkildə əməl edilməsinə çağırışların əsas yer tutduğunu bildirib: “Ümumilikdə unutmaq olmaz ki, peşəkar media ictimai əhəmiyyətli informasiyalarla cəmiyyəti məlumatlandırmaq kimi şərəfli və məsuliyyətli missiyanı yerinə yetirir. Bu, o demək deyil ki, baş verən hadisələrə laqeyd yanaşılır, sıradan bir olay kimi qəbul olunur.
Sadəcə intihar halları və bu qəbildən olan digər təzahürlərlə bağlı materialları təqdim edərkən medianın ictimaiyyət qarşısındakı məsuliyyətinə diqqətlə yanaşılmalı, peşəkar həssaslıq nümayiş etdirilməlidir. Hər bir məsələnin həllində maarifləndirmə işinin yüksək səviyyədə qurulması əsasdır. Belə halların baş verməməsi üçün onları mətbuat səhifələrinə çıxarıb ictimailəşdirmək yox, baş verənlərin səbəblərinin araşdırılması, belə hallara yox demək üçün maarifləndirici tədbirlərin işıqlandırılması, təhlili yazıların verilməsi gərəkdir. Hər bir mətbu orqan qarşısında dayanan prinsiplərə əməl edib, ictimaiyyətin informasiya tələbatını onun gözləntiləri fonunda ödəməklə daha böyük rəğbət qazanar. İntihar hadisələrinin təbliği vasitəsilə oxucu auditoriyasını genişləndirmək cəhdi heç bir media subyektinə başucalığı gətirməz”.
Telegram kanalımız