“O uşaq qorxaq deyil“ - Psixoloq məktəbdəki davadan danışdı

saytların hazırlanması

Evə çatdırılma

“O uşaq qorxaq deyil“ - Psixoloq məktəbdəki davadan danışdı

Sosial

06 Oktyabr 2022 11:41 1036


“Bu məsələdə valideyni də təqsirləndirənlər var. Niyə onun mədəni və ziyalı ailə olduğunu düşünmürük?! Döyülən uşağı məktəbdən qovsaq, zərərli vərdişləri olan uşaqlara qoşulacaq”.  

Bu sözləri Yenisabah.az-a psixoloq Aytən Ələkbərova deyib.

O, 112 nömrəli məktəbdə döyülməsi telefon kameraya çəkilən şagird haqqında danışarkən bildirib: pizza hut

“Döyülən uşağın ailədə həmişə şiddət görməsi, yaxud danlağa meylli olması ehtimalı düz deyil. Hər bir insanın xarakteri və psixoloji xüsusiyyəti var. Bununla yanaşı, beynin yükü var. Kiminsə beyni aqressiya tələb edir, yəni emossiyaları ağlını üstələyir. 

Döyülən tərəf isə ağılla cavab verir. Döyən tərəf çətin tərbiyə olunan uşaqdır. O uşaq ailə daxilində böhranlarla, döyülən isə sadə ailədə böyüyür. Amma o uşaq qorxaq deyil. Həddən artıq ağıllıdır. Nəyin nəyə gətirdiyini dərk etməyi bacarandır. Emosiyalarını ağlından kənarda qoyan tipdir”.

Psixoloq  bu məsələdə valideynləri təqsirləndirmənin yersiz olduğunu bildirib:

“Bu məsələdə valideyni də təqsirləndirənlər var. Niyə onun mədəni və ziyalı ailə olduğunu düşünmürük?! Döyülən uşağı məktəbdən qovsaq, zərərli vərdişləri olan uşaqlara qoşulacaq”.  

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!