Koronaviris təhlükəsi məşhurları profilaktik tədbirlər görməyə vadar etsə də, Əməkdar artist Baloğlan Əşrəfov həyat tərzində heç bir dəyişiklik etməyib.
Yenisabah.az saytına açıqlama verən Baloğlan Əşrəfov koronavirusdan qorxmadığını deyib.
“Məni Allah özü qoruyur, o koronavirusdur-nədir onun mənə gücü çatmaz. Əgər Allah məni öz nəzarətinə götürübsə, heç bir virusun qorxusu yoxdur. Mən koronavirusdan da daha dəhşətli vəziyyətdən salamat çıxmışam. Ona görə də Allahdan başqa heç kimdən, heç nədən qorxum yoxdur. O virusun hünəri var gəlsin məni tapsın!”, - deyə Əməkdar artist bildirib. pizza hut
Baloğlan Əşrəvov koronavirusla əlaqədar olaraq toy məclislərini təxirə salmadığını da bildirib: “Danışdığımız toylar var, onlara gedirəm. əgər dayandırılsa, bu, toy sahibinin istəyi ilə olacaq. Hələlik təxirə salınan toyum yoxdur, hamısında iştirak edirəm”.
Əsmətxanım
Telegram kanalımız