“O yaşda kişi 17 yaşında qız almaz, bu pedofillikdir” –   Sensasion açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

“O yaşda kişi 17 yaşında qız almaz, bu pedofillikdir” – Sensasion açıqlama 

Sosial

15 Dekabr 2022 11:51 5876


“Günlərdir müzakirəsi gedən 17 yaşlı qızla 50 yaşlı kişinin nişanlanması ilə bağlı xəbərini mən də oxudum, qızın efirdə çıxışını da izlədim. Konstitusiya evlilik yaşını 18 yaş nəzərdə tutsa da, insanın fiziologiyası və psixologiyası o yaşı nəzərdə tutmur. İnsan 20-22 yaşından sonra ailə qursa daha yaxşı olar”.

Bu sözləri Yenisabah.az-a tanınmış psixoloq Gülnar Orucova deyib. Gədəbəydə 17 yaşlı qızla 50 yaşlı kişinin nişanlanması xəbərinə münasibət bildirən psixoloq erkən yaşda ailə qurmağın fəsadları barədə danışıb:

“Bəzən 18 və daha aşağı yaşlarda ana olduqda uşaqlarda daun sindromunun daha çox olduğu görülür. Ümumilikdə isə yaş fərqi həddindən artıq çox olanda xarakterlər tutmur. Baxın 17 yaşlı qız hələ yeniyetmədir, heç 18 yaşını tamamlamayıb, amma 50 yaşlı kişi artıq həyatını yaşayıb, bir dəfə evlənib, boşanıb. O, bu etapları keçərək müəyyən bir yaş həddinə çatıb. Bu iki insanın bir yerdə yaşaması isə maraqsız olar, çünki dünyagörüşləri, həyata baxışları fərqlidir, insan yaşa dolduqca təcrübələrə sahib olur. Bəlkə də xanım düşünür ki, pulun olduğu yerdə heç bir problem olmayacaq. Bəzən gənc qızlar “məntiq evliliyi” edirlər, lakin bu “məntiq” insanı bəzən ölümə qədər sürükləyir. Pulun əbədiyyən həmin insanda olacağına, yaxud səninlə evli olduğu müddət ərzində daim varlı olacağına kim zəmanət verə bilər?” pizza sifarişi

G.Orucova aralarında böyük yaş fərqi olan cütlüklərin intim həyatında da zamanla problemlərin yaranacağını qeyd edib:

“Hamıya məlumdur ki, yaş artdıqca kişilərdə cinsi münasibətə həvəs, əvvəlki hiss olmur və yaş ötdükcə həmin insanda müəyyən cinsi problemlər ortaya  çıxacaq. Bu cütlüyün intim həyatı yox səviyyəsində olacaq. Həmin xanım müəyyən bir yaş həddinə çatdıqda sədaqətsizlik başlayacaq. 

Bundan başqa, müəyyən yaşdan sonra övladı atasız böyüyəcək. Ümumiyyətlə, qadın heç vaxt pula görə ailə qurmamalıdır. Biz uşağımız balaca ikən ona cehiz yığırıq ki, onu ərə verəcəyik. Əvvəlcə uşağa təhsil verməli, onun savadına yatırım etməliyik ki, gələcəkdə öz ayağı üzərində dura bilsin, vətənə, millətə xeyirli övlad olsun. Biz isə bunları etmirik, zaman-zaman da problemlərlə üzləşirik. Yeniyetmə yaşda ana olanlar arasında övladlarını atanlar çoxdur, çünki ana ilə övlad arasında bağ yaranmır, onlar arasındakı yaş fərqi 18-i aşmalıdır. Erkən yaşda evlənən qızlar boşanırlar, xəyanət edirlər, müxtəlif ailə-məişət problemləri ilə üzləşirlər. 17-18 yaşında qız 50 yaşında kişi ilə ailə qurmamalıdır. Onların xarakterləri, həyata baxışları uymayacaq, bu mümkün olan bir şey deyil. O yaşda kişi 17 yaşında qız almaz, bu pedofillikdir. Onun adı üzərindədir: pedofil! İnsan öz övladından da balaca, az qala nəvəsi yaşında bir qızla ailə qurmaz. Hər kəs özünə uyğun şəxslə ailə qurmalıdır, onların arasında ortaq məxrəcə gələcəkləri bir yer olmalıdır. Onlarsa bir-birlərinə tamamilə əks qütblərdə olan insanlardır”.

Psixoloq bu kimi hadisələrdə ictimai qınağın böyük əhəmiyyəti olduğunu vurğulayıb:

“Bu məsələni cəmiyyət olaraq da qınamalıyıq. Mən sosial şəbəkələrdə yazılan rəylərə də baxdım, gördüm ki, insanlar onlara çox mənfi rəylər yazıblar. Ana çıxıb deyir ki, “Qızımı kasıba verəcəm?” Bəli, kasıba ver qızını, ağıllı adam o pulu qazanacaq.

Övladını varlı pedofilə verməkdənsə, ağıllı kasıba vermək daha yaxşıdır. Bu gün o yaşda sənin qızını alırsa, sabah yaşı artıqda daha gəncini almaq istəyəcək. Bu hansı məntiqə sığır? Belə insanları ictimai qınağa çəkməliyik ki, analar-atalar uşaqlarına varlı qoca tapmaqdansa, onun təhsilinə yatırım etsinlər ki, sabah o pulu təhsilli övladları özü qazana bilsin. Mən həmin xəbərə həqiqətən məyus oldum. 17 yaşlı xanımı da öyrədiblər, gənc qız efirdə ağbirçək ana kimi çıxış edir, sanki gördüyü iş bir məharətdir. Deyir ki, mən fəxr edirəm. Bunun nəyi ilə fəxr edirsən? Onda fəxr ediləsi nə var? Baban yaşında kişiyə puluna görə getdiyin üçün fəxr edirsən? Biri var milyarderə gedəsən biləsən ki, gələcəyin sığortalanıb, amma sən sıradan bir insana getmisən, gələcəyin isə bəlli deyil. O da bu gün var, sabah olacağını heç kim bilmir. Pula görə öz şəxsiyyətimizi, mənliyimizi, qürurumuzu ayaq altına atmamalıyıq, milli dəyərlərimizi tapdalamamalıyıq. 

Bəli, keçmişdə də yaş fərqləri olan insanlar ailə qururdu, bu yaş fərqi isə 10-15 yaş olurdu, bu qədər yox. Qadın olaraq özündən 5 yaş böyüyə, həmyaşıdına, hətta özündən 5 yaş kiçiyə də gedə bilərsən, amma özündən 30 yaş böyüyə gedə bilməzsən, çünki bu zaman çox şey dəyişəcək. O insan qocalığa doğru, sən isə gəncliyə doğru gedirsən. Onda cinsi zəiflik yaranacaq, səndə isə seksə tələbat artacaq”.

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!