Ödənişli yollarda motosikletlər üçün yeni tariflər məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Ödənişli yollarda motosikletlər üçün yeni tariflər məlum oldu

Rəsmi

01 İyun 2026 15:16 105


Ödənişli avtomobil yollarında motosikletlər üçün yeni tariflər müəyyənləşdirilib.

Tarif Şurasından "Yeni Sabah"a verilən xəbərə görə, Tarif Şurasının bu gün keçirilən iclasında avtomobil yolunun 1 km ödənişli hissəsi üzrə motosiklet nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu üzrə 4,65 qəpik, M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu üzrə isə 5 qəpik müəyyən olunması qərara alınıb.

Qeyd edilib ki, bu ödənişlərdən daxil olan vəsait təsdiq edilən bölgü əsasında ödənişli avtomagistralların və müvafiq ödəniş məntəqələrinin, habelə respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması, qorunması və təmiri, ödənişli avtomagistralların idarə olunması, avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə istifadə olunur. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!