Ofisdə işləyən hər on işçidən üçü kondisionerlə əlaqədar həmkarları ilə konflikt yaşayır

saytların hazırlanması

Evə çatdırılma

Ofisdə işləyən hər on işçidən üçü kondisionerlə əlaqədar həmkarları ilə konflikt yaşayır

Sosial

17 İyul 2021 07:47 924


Rusiyada aparılan araşdırma nəticəsində məlum olub ki, ofis şəraitində çalışan hər 10 işçidən üçü (29%) kondisionerlə bağlı həmkarları ilə konflikt yaşayır.

Gazeta.ru xəbər verir ki, bu barədə “SuperJob” iş axtarışı xidmətinin araşdırmasında qeyd olunur.

İşçilərin 46 faizi isə kondisioner məsələsində həmkarları ilə ümumiyyətlə mübahisə etmədiyi vurğulayıb. pizza mizza

Araşdırma zamanı ortaya çıxan digər maraqlı məqam isə ofisdə temperaturla bağlı narazılığın adətən qadınlar arasında yaşandığı ortaya çıxıb.

Həmçinin yaşı 34 qədər olan işçilərin otaq temperaturu ilə bağlı daha tez-tez mübahisə etdikləri məlum olub.

Sorğu 9-14 iyul tarixləri arasında Rusiyanın 332 yaşayış məntəqəsində keçirilib. Sorğuda ümumilikdə 1 600 nəfər mütəmadi olaraq ofis şəraitində çalışan işçilər iştirak edib. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!