Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Oğlum deyir, sənə görə metroya minə bilmirəm” - Elzadan şok etiraflar  + Video
08 Dek 2021 15:41
899

“Oğlum deyir, sənə görə metroya minə bilmirəm” - Elzadan şok etiraflar + Video

Əməkdar artisti Elza Seyidcahan ailəsinin onun şeirləri haqqında fikirlərindən danışıb.

Yenisabah.az xəbər verir ki, ATV telekanalında yayımlanan “Qonağım ol” proqramında qonaq olan sənətçi oğlunun onun şeirlərinə görə ictimai nəqliyyata minə bilmədiyini deyib:

“İnsanlar var, deyirlər ki, “Mən Elzanı başa düşmürəm”. Başqa biri isə ona şeirlərimi izah edir, ona başa salır ki, “Bax, Elza burda bunu demək istəyib”. O insan sonra məni sevir. Daha doğrusu, bacılarım deyirlər ki, biz sənə görə narahatıq, çünki hara gedirik beş manatlıq məhsulu, on manata satırlar. Yəni məni borclu da çıxarır. Nəsə bunlara irad tutanda deyirlər, sənin şeirlərinə görə insanlarla mübahisə edirik. Deyirəm, mübahisə etməyin. Bacarırsınızsa, deyin, biz də Elzanın yaradıcılığını qəbul etmirik. Yəni məni borclu çıxartmayın, minnət etməyin. Oğlum deyir ki, mən metroya minə bilmirəm, hamı mənə baxıb sənin adını çəkir. Deyir, ana, biz sənə görə rahat yaşaya bilmirik. Narahatlıqları var deyə, məni günahlandırırlar".

Həmin görüntüləri təqdim edirik:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər