Aşıq Zülfiyyə İbadova heç bir sosial şəbəkədən istifadə etmədiyini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, aşıq bu barədə "Zaurla Günaydın" verilişində danışıb. O bildirib ki, oğlu Babək Quluzadə ona icazə vermir:
"Səhifə açdım, bir gecədə min izləyici gəldi. Gəldi dedi ki, telefonunu ver. Götürdü ki, instaqram səhifəsi açmısan? Sevinərək, cavab verdim ki, hə. Qayıtdı ki, çox nahaq. Şifrəni istədi, vermədim. Nəvəm dedi ki, mən bilirəm. Açdılar, hər şeyi sildilər". Dominos pizza
Aşıq Zülfiyyənin oğlu isə məsələyə qısaca olaraq "Onun o vaxtı deyil" deyə nöqtə qoyub.
Telegram kanalımız