“Oğlunuz həyatda olmasaydı...” - İran səfirliyindən Fəridlə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Oğlunuz həyatda olmasaydı...” - İran səfirliyindən Fəridlə bağlı açıqlama

Sosial

14 Mart 2023 14:00 6153


“Əgər oğlunuz həyatda olmasaydı, İran hökuməti çoxdan bu barədə məlumat verərdi”. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə İranın Almaniyadakı səfirliyindən itkin düşən Azərbaycan vətəndaşı Fərid Səfərli ilə bağlı cavabda bildirilib.

Fəridin anası Dilarə Əsgərova Musavat.com-a bildirib ki, bu gün İranın Almaniyadakı səfirliyində olub: “Konsulluq bölməsində aidiyyəti şəxslə görüşdüm. Dedim ki, mənim uşağım haqqında sadəcə məlumat verin. O sağdırmı, həyatdadırmı, həbsxanadadırmı, öldürülübmü? Allah uzaq eləsin. Mənə məlumat verin. Bir insana bu qədər zülm etmək olarmı?! Mən on gündür uşağımı axtarıram, heç bir məlumat verilmir”. Marqarita pizza

D.Əsgərova əlavə edib ki, səfirlik nümayəndəsi belə cavab verib: “Bunu Azərbaycan səfirliyi ilə həll edin. Biz bu barədə məlumat verə bilmərik”.

Qeyd edək ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin fevralın 20-də İrana səfərə gedib, lakin martın 4-dən ondan xəbər alınmayıb.

Bununla bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub. Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hazırda qarşı tərəfdən cavab gözləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!