Oğurlanmış uşaqları geri qaytarın! - Ukraynanın tələbi

saytların hazırlanması

Evə çatdırılma

Oğurlanmış uşaqları geri qaytarın! - Ukraynanın tələbi

Dünya

03 Aprel 2023 12:49 715


“Ukrayna qanunsuz olaraq Rusiya Federasiyası ərazisinə deportasiya edilmiş 4 mindən çox kimsəsiz uşağın geri qaytarılmasını tələb edir”.

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası naziri İrina Vereşçuk deyib.

O bildirib: “Rusiya bilərəkdən medianın və ictimaiyyətin diqqətini bulandırır, uşaqlarımızın təxliyə edildiyini bildirir. Uşaqlarımızı götürməklə bizə böyük xidmət göstərdiklərini iddia edir, bunun humanitar missiya, xeyirxahlıq, xilaskarlıq olduğunu bildirirlər. Bu səhvdir, cinayətdir, deportasiyadır, eləcə də ukraynalı uşaqlara qarşı soyqırımı aktıdır. pizza

Yetim uşaqların siyahısı ilə Rusiyaya müraciət və onların qaytarılmasını tələb etmişik. Siyahıda 4.396 uşağın adı var”.

Nazirin sözlərinə görə, Ukrayna oğurlanmış uşaqların geri qaytarılmasında bütün beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!