Əksər satıcılar və mağaza sahibləri son vaxtlar obyektlərindən oğurluq edən müştəriləri özünəməxsus üsullarla cəzalandırır. Belə ki, təhlükəsizlik kameralarına düşən görüntüləri şəkil, video formasında mağazanın sosial media hesabında hər kəsə açıq qaydada paylaşırlar. Hətta belə bir şey etməzdən öncə, həmin müştərilərə sosial şəbəkədən səslənib, onları paylaşaraq biabır etməklə hədə-qorxu gələnlər də var. Maraqlıdır, niyə bu şəxslər birbaşa hüquq-mühafizə orqanlarına müraciət edərək, videogörüntüləri təqdim etmirlər? Ümumiyyətlə, bu məsələ qanunda necə tənzimlənir:
Hüquqşünas Ramil Süleymanov məsələnin hüquqi tərəfini “Yeni Sabah”a açıqlayıb:
“Bir sıra mağazalardan oğurluq edən şəxslərin sosial şəbəkələrdə görüntüləri yayılır. İlk növbədə onu qeyd edim ki, bunu etmək ən qanunsuz davranışdır. Çünki əgər belə bir hal baş veribsə, ilk növbədə, həmin sahibkar və onun tabeçiliyində olan satıcılara bununla bağlı hüquq-mühafizə orqanlarına rəsmi şəkildə ərizə ilə müraciət etmələrini tövsiyə edirəm. O cümlədən, həmin videogörüntüləri aidiyyatı orqana təqdim etsinlər ki, bu şəxslər qanun qarşısında məsuliyyətə cəlb olunsun. Həmin mağaza sahibləri hazırda nə qədər zərərçəkmiş qismində çıxış etsə də, indiki halda qanun pozmuş hesab olunur”. pizza

Hüquqşünas bildirir ki, satıcılar belə etməklə cinayət törətdiyi iddia edilən, yəni mağazadan oğurluq edən şəxsin həm konstitusion, həm də prossesual hüququnu pozmuş sayılırlar:
“Azərbaycan Respublikasının Konstitusiyasının 63 maddəsinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayəti törətməkdə təqsirli bilinən, ittiham olunan şəxsin təqsiri qanunla sübuta yetirilməyibsə və barəsində qanuni qüvvəsini almış məhkəmə hökmü yoxdursa, o təqsirli hesab oluna bilmir. Hətta videogörüntülər olsa belə, şəxsə birbaşa cinayətkar olduğunu demək qanunvericilikdə yolverilməzdir. Müştərinin törətmiş olduğu əməl isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəyə görə, şəxsin özgənin əmlakını qəsdən talaması oğurluq cinayəti hesab olunur. Burada zərərin miqdarına baxmaq lazımdır. Həmin əməlin cəzası iki ilə qədər azadlıqdan məhrum olunmaqdır”.
Aytac Şahin
Telegram kanalımız