Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Ohanyanın Rusiyaya getməsinə imkan verilmədi  - Səbəb
16 Okt 2021 17:48
2107

Ohanyanın Rusiyaya getməsinə imkan verilmədi - Səbəb

Ermənistanın Xüsusi İstintaq Xidməti “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlamentlərarası Assambleyasının təhlükəsizlik məsələlərinə dair iclasında iştirak etmək üçün Sankt-Peterburqa uçmasına icazə verilməyib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Ermənistan” blokunun yaydığı bəyanatda deyilir.

“Seyran Ohanyanla əlaqədar olaraq, cinayət təqibi çərçivəsində bu qərar verilib”, - bəyanatda bildirilib.

Qeyd olunur ki, ölkə üçün mövcud olan çətin şəraitdə, xarici tərəfdaşlarla böyük əlaqələri və təmas təcrübəsinə malik olan müxalifətçi deputatlar Seyran Ohanyan və Armen Gevorgyanın toxunulmazlıq hüququnun növbəti dəfə pozulması faktı, Ermənistanı beynəlxalq aləmdə təmsil etməyi qadağan edilməsi ölkədə demokratiyanın çöküşünü bir daha sübut edir./Teleqraf

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər