Əməkdar artist Mətanət İsgəndərli yaşadığı çətin günlərdən danışıb.
OLAY yazır ki, bu haqda sənətçi “A-dan Z-yə” verilişində qonaq olarkən söz açıb.
İsgəndərli Türkiyədə baş verən faciənin görüntülərini izlədikdən sonra bu fikirləri qeyd edib: pizza hut
“Qalanlara yanıram. O anı yaşamışam. 19 gün reanimasiyada qaldım. Təsəvvür edin ki, hər an vidalaşırdım dünya ilə, öləcəyimi hiss edirdim. Həmin an qorxmadım. Çünki bilirdim ki, Allaha qovuşuram. Başıma bir iş gələndə deyirəm, Allahım, bu mənim cəzamdır, yoxsa imtahanım? Həmişə belə dua edirəm. Əgər cəzamdırsa, Allah, məni bağışla. Yox, imtahandırsa, məni bu imtahandan üzü ağ çıxart”.
Telegram kanalımız