Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti nə qədər davam edəcək?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA

Sosial

01 Yanvar 2022 22:10 1078


Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, inversiya dumanlarının əmələ gəlmə səbəbi gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir.

Nisbətən yuxarı təbəqədə temperaturun yüksək olması səbəbindən Xəzər dənizi üzərində formalaşan duman qatı Abşeron yarımadasına daxil olmuşdur. pizza

Bu günlərdə azhərəkətli hava kütləsi, zəif külək duman üçün əlverişli olub.

Yanvarın 2-də gecə və səhər saatlarında da dumanlı hava şəraiti davam edəcək.

Gündüz saatlarından başlayaraq küləyin sürəti artanda duman olmayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!