Azərbaycanda son həftədə koronavirus (COVID-19) əleyhinə 164 nəfərə vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, bir həftədə birinci mərhələ üzrə 86, ikinci mərhələ üzrə 12, üç və daha çox doza üzrə 55, pozitiv nəticədən sonra buster doza üzrə 11 nəfər vaksinasiya olunub.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 968 439, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 039, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 230, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 809, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 361 təşkil edir. pizza hut
Telegram kanalımız