Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 79 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 19, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 963 200, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 200 ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 882 775, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 153, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 195 nəfər təşkil edir. Marqarita pizza
Telegram kanalımız