Ölkədə su hövzələri təmizlənir

saytların hazırlanması

Evə çatdırılma

Ölkədə su hövzələri təmizlənir

Sosial

19 Aprel 2021 11:00 1135


"Təmiz hövzələr" aksiyasına Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsindən başlanılıb.

Yenisabah.az-ın məlumatına görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının və ekokönüllülərin də cəlb edildiyi birgə aksiyada Kürün bir hissəsində təmizləmə işləri aparılıb, çay hövzəsinin 15 kilometrdən artıq sahəsi sintetik torlardan və plastik tullantılardan təmizlənib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Trend-ə bildirib ki, brakonyerliklə mübarizəyə daha geniş kütləni cəlb etməklə ölkənin su hövzələrində bu cür tədbirlər daha da intensivləşdiriləcək: pizza mizza

"Sintetik torların toplanması qadağan olunmuş vasitələrlə balıq ovu edənlərə daha bir xəbərdarlıqdır və əsas hədəf geniş ictimaiyyətin dəstəyi ilə balıq ehtiyatlarının mühafizəsi, qorunması işini möhkəmləndirmək, onların artırılmasına nail olmaqdır".

B.Məhəmmədov əlavə edib ki, su hövzələrinin çirkləndirilməsi, plastik tullantıların su axarlarına atılması da bioresursların məhvinə səbəb olur.

"Buna görə də sututarlarını zibilləməmək, qadağan olunmuş alətlərlə balıq ovlayanları bu işlərdən çəkindirmək hər birimizin borcu və vəzifəsi olmalıdır. "Təmiz hövzələr" aksiyasında yığılmış sintetik torlar və plastik tullantılar təkrar emal üçün AzEkol şirkətinə təhvil verilib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!