“Ölkədə xeyli vəzifəli adamın ailəsi cadu-pitiylə məşğuldur”

saytların hazırlanması

Evə çatdırılma

“Ölkədə xeyli vəzifəli adamın ailəsi cadu-pitiylə məşğuldur”

Sosial

20 Fevral 2023 16:18 2046


“Bakı Slavyan Universitetin sabiq rektoru Nurlana Əliyevanın universitetin keçmiş şöbə müdiri Dürdanə Əliyeva haqqında söylədiyi “o mənə cadu edib deyə xəstələnmişəm” fikirlərini məhkəmə predmeti kimi qəbul olmaz. Hətta bu qanunla edilmir də”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış hüquqşünas Əkrəm Həsənov deyib.

O, BSU-nun sabiq rektoru Nurlana Əliyevin ölkədən qaçmadan öncə keçirilən məhkəmə prosesində universitetin sabiq şöbə müdiri Dürdanə Əliyeva haqqında söylədiyi məlum fikirlərə və bunun məhkəmədə predmet olaraq qəbul edilib-edilməməsi məsələsinə toxunub. Marqarita pizza

O, söyləyib ki, bu, daha çox din və inanc məsələsidir:

“Əgər belədirsə, onda başqa bir cinayətkar da deyə bilər ki, şeytan mənə vəsvəsə verdi, mən də getdim, cinayət törətdim, günahım yoxdur. Əlbəttə, yox. Məhkəmə bunu qəbul etməz.

Üstəlik, Nurlana Əliyeva cadu məsələsini heç cür məhkəmədə sübut edə bilməz. Çünki qanun deyir ki, əgər sən nəyisə iddia edirsənsə, sübut etməlisən, sübutun olmalıdır. Yaxud kimsə deyir ki, filankəsi nə isə edəndə görmüşəm və s. Burada da rabitəli əlaqə olmalı, o sübut olunmalıdır”.

“Yoxsa bu, Mirzə Fətəli Axundovun “Dərviş Məstəli şah” əsərindəki kimi olacaq. Yəni dərviş burada nə isə etdi və Fransada inqilab oldu. Biz burada onu sübut etməliyik ki, məhz bunun etdiyi hərəkətin nəticəsində bunlar baş verdi. Cadunu sübut etmək də heç cür mümkün deyil. Buna görə də bu, elə-belə bir fikirdir.

Amma ola da bilər ki, Dürdanə Əliyeva ona cadu edib. Onsuz da biz Nurlana Əliyeva haqqında bir sıra məlumatlar eşitmişik. Bu, faktdır, bunu hamımız bilirik və bu, ölkəyə yayılıb. Amma o da məlumdur ki, ölkədə xeyli vəzifələri adamların ailələri deyilənə görə, cadu-pitiylə məşğuldur”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!