Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Ölkəmiz təkmil islahatları ilə zirvələrə ucalıb - Fotolar
25 Okt 2021 18:56
364

Ölkəmiz təkmil islahatları ilə zirvələrə ucalıb - Fotolar

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir.

Yenisabah.az xəbər verir ki, oktyabrın 25-də YAP Xətai rayon təşkilatı Xocalı prospekti 30, Zığ yolu 22 və 8 noyabr 159 ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yığıncaqlardakı çıxışında bildirib ki, dövlət başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirərək möhkəm təməl üzərində qurulan Azərbaycanı təkmil islahatları ilə zirvələrə ucaldıb: «Zəfərimiz bu uğurların zirvəsində dayanır. Azərbaycan bu illər ərzində gücləndi, qüdrətləndi, ordusunu Qələbəyə hazırladı və hər birimizin səbirsizliklə gözlədiyimiz anı yaşadı- Ərazi bütövlüyümüz bərpa olundu, torpaqlarımız tarixi sahibinə qayıtdı, yenilməz, məğrur xalq olduğumuzu dünyaya bir daha nümayiş etdirdik. Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması ilə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycanın döyüş meydanında, informasiya cəbhəsində gücünü nümayiş etdirməklə yanaşı, gənclərimizin vətənpərvərliyinin, torpaq sevgisinin təqdimatı oldu. Bu fikir beynəlxalq səviyyədə də etiraf edilir ki, Azərbaycan xalqının tarixi Qələbəsi Vətən sevgimizin əyani nümayişidir. Prezident İlham Əliyev İkinci Qarabağ savaşının getdiyi dövrlərdə xarici mətbuata çoxsaylı müsahibələrində də daim bu fikri bəyan edirdi ki, Dağlıq Qarabağ məsələsi bizim üçün milli qurur məsələsidir.»

«Zəfərdən sonra ölkəmizin həyatında başlanan bərpa və yenidənqurma mərhələsi Azərbaycanın yeni inkişaf modelinə də bir baxışdır» söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda ölkəmizin hərtərəfli inkişafına yönələn kompleks tədbirlər davamlılığı ilə diqqət çəkir. Aparılan təkmil islahatlar Azərbaycana dünyada ən islahatçı ölkə imicini qazandırıb.

V.Rəhimzadə onu da əlavə edib ki, düzgün müəyyənləşdirilən siyasətin nəticəsi olaraq qarşıya qoyulan hər bir hədəf gerçəkləşəcək, ölkəmizin qarşısında yeni imkanlar açılacaq. Ölkə Prezidentimizin bu çağırışı bütün dövrlər üçün öz aktuallığını qoruyur: Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq.

Hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb. 

Xocalı prospekti 30 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Vaqif Abbasov, sədr müavini Yengibar Əliyev, Zığ yolu 22 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Leyla Məmmədova, sədr müavini Nəzakət Kərimova, 8 noyabr 159 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Pikə Əhmədova, sədr müavini isə Güllü Süleymanova seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar diləyib. 

Ölkəmiz təkmil islahatları ilə zirvələrə ucalıb - Fotolar
Ölkəmiz təkmil islahatları ilə zirvələrə ucalıb - Fotolar
Ölkəmiz təkmil islahatları ilə zirvələrə ucalıb - Fotolar
Ölkəmiz təkmil islahatları ilə zirvələrə ucalıb - Fotolar
Ölkəmiz təkmil islahatları ilə zirvələrə ucalıb - Fotolar
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər