Ölmüş adamın adına “WhatsApp“ hesabı - Yeni kiberdələduzluq

saytların hazırlanması

Evə çatdırılma

Ölmüş adamın adına “WhatsApp“ hesabı - Yeni kiberdələduzluq

Sosial

08 Avqust 2022 15:23 997


"Yeni bir kiberdələduzluq növü çox sürətlə Azərbaycanda yayılır. Vəfat edən insanların, yaşlı adamların, köhnə nömrələrin, "WhatsApp"ı və "Telegram"ı olmayan abunəçilərin nömrələrində hesablar açılır və həmin hesablarda şəxslərin profil fotolarından və s. istifadə ilə qohumlarından borc istənilir".

Yenisabah.az trend-ə istinadla xəbər verir ki, bunu texnobloqer Fərid Pərdəşünas bildirib.

Onun sözlərinə görə, kiberdələduzluğun bu növünün qurbanları da çoxdur: pizza mizza

"2 gün əvvəl bir dostumuzun babası adından "WhatsApp" hesabı açılıb. İşin qorxulu tərəfi odur ki, təsdiqləmə kodu olmadan dələduzlar bunu edə bilir. Çox diqqətli olmaq lazımdır və təcili "WhatsApp"da 2 mərhələli girişi aktivləşdirməlisiniz".

Texnobloqer onu da qeyd edib ki, hazırda qurbanlar hesablarını bərpa edə bilmirlər:

"Çünki dələduz o qədər insana spam, borc istək mesajı atır ki, "WhatsApp" həmin nömrələri bloklayır və nömrəyə qadağa qoyur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!