“Ölüm qaşla göz arasındadır” - Dilarənin aktyor qardaşı səhhətindən yazdı

saytların hazırlanması

Evə çatdırılma

“Ölüm qaşla göz arasındadır” - Dilarənin aktyor qardaşı səhhətindən yazdı

Şou

25 İyun 2025 23:41 730


"Şükür, mənim üçün də bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa oluram."

Yenisabah.az xəbər verir ki, bu sözləri aktyor Vüsal Murtuzəliyev sosial media hesabında yazıb. Aktyor bir müddət telefon və internetdən uzaq durmalı olduğunu bildirib:

“Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum uzaq durmalıyam. Sadəcə narahatlığınızı anlayıb bu paylaşımı etməyə özümə borc bildim. Ölüm qaşla göz arasındadır. Özümə qarşı laqeyd yanaşırdım. Bəlkə də bu bir xəbərdarlıq idi ki, məni silkələdi. Təbii ki, bundan sonra sağlamlığımla bağlı çox şeyi dəyişməli olacağam” deyə, aktyor qeyd edib. pizza mizza

Qeyd edək ki, TƏBİB-in məlumatına görə, həkim müayinəsindən sonra Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib./Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!