Ölümcül virus sürətlə yayılır: 20 min yoluxma riski açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Ölümcül virus sürətlə yayılır: 20 min yoluxma riski açıqlandı

Dünya

07 İyun 2026 11:58 258


Konqo Demokratik Respublikası (KDR) və Uqandada tüğyan edən Ebola epidemiyası tarixdə ən böyük yoluxma hallarından birinə çevrilə bilər.

“Yeni Sabah” Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) yayımladığı hesabatda xəbərdarlıq edib.

Hesabatda qeyd olunur ki, xəstələrin yalnız 20%-nin təcrid edilməsi halında üç ay ərzində yoluxmaların sayının 20 minə çatma ehtimalı 65% təşkil edir. Əhalinin 70%-nin təcrid olunması vəziyyətində isə bu risk 5%-ə qədər azalır. Pepperoni pizza

"Bu nəticələr ictimai səhiyyə sahəsində effektiv tədbirlərin vacibliyini göstərir. Çünki hazırkı epidemiya Bundibucyo virusunun törətdiyi Ebola qızdırmasının indiyədək qeydə alınmış ən böyük epidemiyasıdır və qısa müddət ərzində tarix boyu müşahidə edilən ən böyük Ebola epidemiyalarından birinə çevrilə bilər", - deyə hesabatda bildirilir.

Son məlumatlara görə, KDR-də indiyə qədər 452 yoluxma halı təsdiqlənib və 82 xəstə ölüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!