Bakıdakı 6 nömrəli məktəb-liseydə zorakılıq hadisəsinin baş verməsi ilə bağlı mediada yayılan məlumat dərhal Ombudsman Aparatı tərəfindən nəzarətə götürülüb.
Yenisabah.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Sözügedən məsələ ilə bağlı Ombudsman Aparatına daxil olmuş müraciətlə əlaqədar aidiyyəti səlahiyyətli dövlət qurumlarına sorğular göndərilib, məktəbin direktoru ilə əlaqə saxlanılıb. Toyuqlu pizza
Hazırda araşdırma davam etdirilir.
Xatırladaq ki, bir müddət əvvəl Bakı şəhəri 6 nömrəli məktəb-liseydə II sinif şagirdinin VII sinif şagirdləri tərəfindən zorakılığa məruz qalması ilə bağlı məlumat yayılıb. Bu barədə səsləndirilən iddialar çərçivəsində aparılan araşdırmalardan sonra məktəb rəhbərliyinə xəbərdarlıq edilib. Həmçinin VII sinif şagirdlərindən birinin başqa məktəbə keçirilməsi ilə bağlı qərar qəbul edilib.
Telegram kanalımız