“Virus məktəblərdə həddindən artıq çox yayılıb”.
Bunu Yenisabah.az-a açıqlamasında pediatr Vaqif Qarayev deyib.
Onun sözlərinə görə, uşaqlar arasında yoluxma halları çoxalıb: Marqarita pizza
“Uşaqlar arasında təkcə “Omikron” yox, məktəbdə tədris başlayandan bu günə qədər başqa respirator, yəni tənəffüs sistemini zədələyən xəstəliklər tüğyan edir. Hətta son bir ayda qrip də həddindən artıq çox yayılıb”.
Həkim qeyd edib ki, yoluxanlar çox olsa da, xəstəliyin ağır gedişatı yoxdur:
““Omikron” ştammı daha yoluxdurucu olduğuna görə, yoluxma sayı çoxalıb. Amma ölüm faizi aşağıdır. “Omikron” əvvəlki ştamlar kimi aşağı tənəffüs yollarının aşağı peqmentinə keçmir”.
Nəzrin Vahid
Telegram kanalımız