“Omikron” yüksək yoluxduruculuq qabiliyyətinə malik virusdur“   - Həkim

saytların hazırlanması

Evə çatdırılma

“Omikron” yüksək yoluxduruculuq qabiliyyətinə malik virusdur“ - Həkim

Sosial

18 Yanvar 2022 12:44 634


“Koronavirusun “Omikron” ştammı yüksək yoluxduruculuq qabiliyyətinə, ən müxtəlif əlamətlərə və qısa inkubasiya dövrünə malikdir”.

Yenisabah.az xəbər verir ki, bu barədə lenta.ru-ya danışan Rusiyanın tanınmış həkim-reanimatoloqu Mixail Çuyko özünün də yoluxduğu koronavirusun yeni ştammını “o, ümumiyyətlə, başqa cürdür”,- ifadəsi ilə xarakterizə edib.

M. Çuyko bununla bağlı yaşadıqlarını və müşahidələrini “Facebook”da paylaşıb: Dominos pizza

“Hər şeydən öncə onu deyim ki, yeni COVİD, ümumiyyətlə, digərlərindən tamamilə fərqlənir. Əlamətləri başqadır, müddəti fərqlidir. Testin nəticələrinə baxmadan, koronavirus barədə düşünmək belə çətindir. Çünki o, özündən əvvəlki ştammlardan kəskin şəkildə fərqlənir”. 

Reanimatoloqun sözlərinə görə, “Omikron”un cəmi iki-üç günlük inkubasiya dövrü var.

Yoluxma əlamətinin əsasən zökəmlə, nadir hallarda öskürəklə başladığını söyləyən mütəxəssis sonuncu əlamətin adətən müalicənin axırıncı mərhələsində baş verdiyini bildirib: “Əksər hallarda pasiyentlərdə iybilmə qabiliyyətinin itirilmədiyini görürük, fəqət bəzi xəstələrdə səsin qalınlaşması ilə laringit müşahidə olunur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!