“Omikron”un tezliklə ölkəmizdə də yayılacağı gözlənilir” – İnfeksionist

saytların hazırlanması

Evə çatdırılma

“Omikron”un tezliklə ölkəmizdə də yayılacağı gözlənilir” – İnfeksionist

Sosial

08 Dekabr 2021 23:11 841


Artıq dünyanın 57 ölkədə “OmiKron” ştammı təsdiqlənib. 

Yenisabah.az-a açıqlama verən həkim-infeksionist Nicat Əzimli bildirib ki, Azərbaycanda hazırda “Omikron”dan əvvəlki variantların mövcudluğu təsdiqlənib:

“Dominant olan “Delta” variantıdır. “Omikron” hələ ki Azərbaycanda aşkarlanmayıb. Lakin tezliklə ölkəmizdə də yayılacağı gözlənilir. Çünki “Omikron” çox sürətlə yayılan ştamdır.  pizza sifarişi

COVID-19-un bu növü ilə bağlı son məlumatlar o qədər də narahatedici deyil. Lakin xəstəliyin gedişatında ağırlaşma halları baş verə bilər”. 

Nicat Əzimlinin sözlərinə görə, Digər ilkin məlumatlarda isə xəstəliyin klinik gedişatının “Delta” qədər ağır olmadığı deyilir. “Bu hələ tam təsdiqlənməmiş ilkin məlumatlardır. “Pfizer-Biontech” üzərində aparılan tədqiqata əsasən isə, bu peyvənd “Omikron”a qarşı da effektlidir”. 

Mütəxəssis qeyd edib ki, Azərbaycanın sərhəd-keçid məntəqələrində yeni variantın genetik molekulyar zəncirini aşkarlayan PZR testləri keçirilir və bu testlər ştammı müəyyən etməyə imkan verir.

Qeyd edək ki, "Omikron" ştammına yoluxan insanlarda halsızlıq, nəbz artması və yüksək temperatur müşahidə olunur.

Ayzel

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!