“Ömür yoldaşım, alın yazım, anam da sənsən” - Aybəniz Haşımova   + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Ömür yoldaşım, alın yazım, anam da sənsən” - Aybəniz Haşımova + VİDEO

Şou

02 İyun 2025 11:46 520


Əməkdar artist Aybəniz Haşımov bacısı, Xalq artisti Şahnaz Haşımovanı ad günü münasibəti ilə təbrik edib.

Yenisabah.az xəbər verir ki, müğənni bu barədə sosial media hesabında video yayımlayıb.

"Bu səslə böyüdüm. Gedəcəyim yolu tanımırdım, amma gedirdim. Amma o səs məni aparıdı, sanki bir mayaq, işıq idi mənim üçün. Özüm də təəccüblü qalırdım ki, qaranlıq yollardan necə keçə bildim. Həyatımda yeganə səsdir ki, məni ağladır. Deyirlər, ana laylası yaman kövrək olur. Mənim laylam, Şahnaz Haşımovadır. Mənim ömür yoldaşım, alın yazım, həyat eşqim Şahnaz səsidir. Bəlkə də məni dünyaya o gətirib. Məncə mənim anam da odur. Həmişə var ol, çox yaşa, sağlam yaşa. Bu həyat səni sarsıtmasın, peşman etməsin. Həmişə çalışmışam ki, sənin qarşında utanmayım. Məncə bunu bacardım. Saysız təbriklər gələcək sənə, amma bir təbrik var ki, onu itirməyəcəksən. Onun adı Aybənizdir" deyə, sənətçi bildirib./Axşam.az pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!